...

İran yeni Kruz raketlərini sınaqdan keçirib

Dünya xəbərləri Materials 18 İyun 2020 13:55 (UTC +04:00)
İran yeni Kruz raketlərini sınaqdan keçirib

Bakı. Elnur Bağışov - Trend:

Hind Okeanı və Oman körfəzində İranın Hərbi Dəniz Qüvvələrinin hərbi təlimində qısa və uzaq mənzilli Kruz raketləri uğurla sınaqdan keçirilib.

Trend-in məlumatına görə, bu, İran Ordusunun informasiya portalının məlumatında öz əksini tapıb.

Məlumata görə, 280 kilometrlikdə təyin olunan hədəflər bu raketlər vasitəsi ilə vurulub.

Məlumatda bildirilir ki, hərbi təlimlərdə istifadə olunan bu raketlərin mənzilini artırmaq mümkündür.

Hərbi təlimlərdə iştirak edən İran ordusu Hərbi Dəniz Qoşunlarının komandanı kontr-admiral Hüseyn Xanzadi bildirib ki, hərbi təlimlərin və Kruz raketlərinin sınaqdan keçirilməsi İranın Silahlı Qüvvələrinin imkanlarını daha da artırıb.

İranın müdafiə nazirinin əvəzi general-mayor Qasim Təqizadə isə deyib ki, İranın Müdafiə Nazirliyi İranın Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, quru, hava, dəniz, elektronika və radar sahəsində strateji və müasir avadanlıqlarla təmin olunmasını davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti