...

Almaniyada koronavirusa yoluxanların sayı 189 135 nəfərə çatıb

Dünya xəbərləri Materials 20 İyun 2020 09:47 (UTC +04:00)
Almaniyada koronavirusa yoluxanların sayı 189 135 nəfərə çatıb

Bakı. Trend:

Almaniyada yeni növ koronavirusa yoluxanların sayı 189 135 nəfərə çatıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox Universiteti məlumat yayıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusa 601 yoluxma halı və 11 ölüm halı qeydə alınıb.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanlardan 8 883 nəfəri ölüb, 174,7 min nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Bavariya və Şimali Reyn-Vestfaliyada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti