Bakı. Trend:
Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbçiləri ölkə sahillərinin yaxınlığında naməlum sualtı qayıq müşahidə edib.
Trend-in məlumatına görə, qayıq ilk dəfə iyunun 18-də Amamiosima adası yaxınlığında hərbi gəmi və patrul təyyarəsi tərəfindən müşahidə olunub.
İki gün sonra, iyunun 20-də həmin sualtı qayıq Yokoate adası sahillərində görünüb.
Yaponiya Müdafiə Nazirliyi sualtı qayığın hansı ölkəyə mənsub olduğu barədə məlumat verməsə də, bunun Çinə məxsus olduğu ehtimal edilir.