...

Berlində sosial təmas məhdudiyyətləri aradan qaldırılır

Dünya xəbərləri Materials 23 İyun 2020 19:28 (UTC +04:00)
Berlində sosial təmas məhdudiyyətləri aradan qaldırılır

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində sosial təmas məhdudiyyətləri aradan qaldırılır.

Trend-in məlumatına görə, bu qərar iyunun 26-dan etibarən qüvvəyə minəcək.

Bu günədək Berlində ən çox 5 nəfər bir yerə toplaşa bilərdisə, bu məhdudiyyət ləğv ediləcək.

Berlin sosial məhdudiyyəti ləğv edən üçüncü federal torpaq olub. İndiyədək Türingiya və Brandenburq federal torpaqları bu qaydanı ləğv etmişdi.

Hazırda ölkədə mağaza və ictimai nəqliyyatda maska rejimi qüvvədədir. Kütləvi tədbirlər payızadək qadağan edilib.

Almaniyada bu günədək 190 mindən çox şəxs koronavirusa yoluxub, 8 895 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti