...

Kolumbiyada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb

Dünya xəbərləri Materials 28 İyun 2020 05:23 (UTC +04:00)
Kolumbiyada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb

Bakı. Trend:

Kolumbiya Səhiyyə və Sosial Müdafiə Nazirliyi 4 149 yeni yoluxma faktı barədə xəbər verib.

Trend-in məlumatına görə, bu da Cənubi Amerika ölkəsi üçün bütün pandemiya dövründə ən yüksək gündəlik artımdır. Ümumi yoluxanların sayı 88 591-ə yüksəlib.

Bildirilib ki, iyunun 27-də biz Kolumbiyada 1136 xəstənin sağalması, 4 149 yeni yoluxma və 128 ölüm halı təsdiq edilib. Nəticədə sağalananların sayı 36 273 nəfərə, COVID-19 (yeni koronavirusun yaratdığı xəstəlik) xəstələrin sayı 88 591 nəfərə, ölüm hallarının sayı isə 2939 nəfərə çatdı.

Boqotoda 27118 yoluxma faktı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti