...

Çində son sutkada 36 yeni koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 18 İyul 2020 08:38 (UTC +04:00)
Çində son sutkada 36 yeni koronavirusa yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Çində ötən sutka ərzində 36 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ÇXR-in dövlət səhiyyə komitəsi xəbər yayıb.

Bildirilir ki, qeydə alınan yoluxma hallarından 22-si aktiv, 14-ü isə simptomsuz formada keçir. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Aktiv hallardan 16-sı Sinszyan-Uyqur avtonom rayonunda, 6 aktiv və 9 simptomsuz hal isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Ötən ilin dekabr ayından Çində 4 634 nəfər koronavirusdan dünyalarını dəyişiblər, aktiv formaya yoluxanların sayı 83 664 olub.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti