...

Türkiyədə ilk yerli avtomobil istehsal edən zavodun inşasına başlanılıb

Dünya xəbərləri Materials 18 İyul 2020 22:45 (UTC +04:00)
Türkiyədə ilk yerli avtomobil istehsal edən zavodun inşasına başlanılıb

Bakı. Trend:

Türkiyənin Bursa vilayətində yerli TOGG avtomobilin istehsal ediləcəyi TOGG Platforma Dizayn və İstehsal Mərkəzinin təməlinin qoyulması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Türkiyə prezidenti mərasimdə çıxış edərək bildirib: "Bu gün biz təkcə yeni investisiyaların başlamasından məmnun deyil, epidemiyaya baxmayaraq nəhəng bir layihənin həyata keçirilməsindən qürur duyuruq".

Türkiyə lideri qeyd etdi ki, zavodun inşasının 18 ayda başa çatdırılması planlaşdırılır və ilk avtomobilin 2022-ci ilin son rübündə konveyerdən çıxması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti