...

Nigeriyanın xarici işlər naziri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 19 İyul 2020 20:57 (UTC +04:00)
Nigeriyanın xarici işlər naziri koronavirusa yoluxub

Bakı. Trend:

Nigeriyanın xarici işlər naziri Cefri Oneama yeni növ koronavirusa yoluxub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, C.Oneama bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Şənbə günü boğazımdakı qıcıqlanmanın ilk əlamətini hiss edərkən koronavirus üçün dördüncü testi etdim. Testin cavabı indi geri qayıdıb, müsbətdir. Tibb müəssisəsində təcrid olunmağa gedirəm", - xarici işlər naziri bildirib.

Koronavirusun birinci hadisəsinin fevralın 27-də aşkarlandığı Nigeriya hazırda Saxara səhrasından cənubda yerləşən qitə dövlətləri arasında yoluxanların sayına görə ikinci yerdədir - 34 854. Ümumilikdə isə ölkədə adı çəkilən virusdan 769 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti