...

Çikaqoda son iki gündə atışmalarda 7 nəfər ölüb

Dünya xəbərləri Materials 19 İyul 2020 21:46 (UTC +04:00)
Çikaqoda son iki gündə atışmalarda 7 nəfər ölüb

Bakı. Trend:

Çikaqonun müxtəlif rayonlarında atışmalar nəticəsində son iki sutkada 7 nəfər ölüb, 43 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə şəhər polisinin açıqlamasında deyilir.

Bildirilir ki, xəsarət alanlar arasında 7 nəfər yeniyetmə, ölənlər arasında bir kişi və bir qadın var.

Silahlı hücumlarda iştirak edənlərin çox hissəsini saxlamaq mümkün olmayıb.

Keçən həftənin istirahət günləri eyni müddət ərzində silahlı insidentlərdə 64 nəfər xəsarət almış, 13 nəfər öldürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti