...

Tayvanda 6,1 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 26 İyul 2020 20:13 (UTC +04:00)
Tayvanda 6,1 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Taycan şimal-şərq sahilərində 6,1 bal gücündə zəlzələ baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İlan yaşayış məntəqəsindən 86,5 kilometr aralıda, ocağı isə 53,2 kilometr dərinlikdə yerləşib.

Bildirilir ki, zəlzələ Hualan, İlan, Taydun, Nantou, Yunlin və bir sıra şəhərlərdə hiss edilib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti