...

Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Dünya xəbərləri Materials 9 Avqust 2020 04:53 (UTC +04:00)
Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 49 970 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 012 412 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 905 nəfər ölüb, ölənlərin ümumi sayı 100 477 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti