...

Kaliforniyada şiddətli meşə yanğınları davam edir - Ölənlər var

Dünya xəbərləri Materials 10 Sentyabr 2020 11:04 (UTC +04:00)
Kaliforniyada şiddətli meşə yanğınları davam edir - Ölənlər var

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında son bir neçə ilin ən güclü meşə yanğınları davam edir.

Trend-in məlumatına görə, ştatın şimal bölgələrində 20-dən çox yanğın ocağı mövcuddur. Ümumilikdə yanğın 1 milyon hektara yaxın meşə sahəsini məhv edib.

Son sutka ərzində 3 nəfər yanğının qurbanı olub. Polis həmin şəxslərin yanğından xilas olmaq istəyərkən yolda öldüyünü deyib.

Son bir ay ərzində meşə yanğınlarının qurbanlarının sayı 11 nəfər çatıb.

Kaliforniyadan başqa yanğınlar Vaşinqton və Oreqon ştatında da ciddi fəsadlar törədib.

Bu yanğınlara Kaliforniyada quraqlığın davam etməsi səbəb göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti