...

İsrail, BƏƏ və Bəhreyn münasibətlərin normallaşdırılması haqqında saziş imzalayıblar

Dünya xəbərləri Materials 16 Sentyabr 2020 01:11 (UTC +04:00)
İsrail, BƏƏ və Bəhreyn münasibətlərin normallaşdırılması haqqında saziş imzalayıblar

Bakı. Trend:

İsrail Baş Naziri Binyamin Netanyahu, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Bəhreynin Xarici İşlər Nazirləri Şeyx Abdullah bin Zayed Al Nahyan, Abdel Latif əz-Zayani münasibətlərin normallaşdırılmasına dair sazişlər imzalayıblar.

Trend-in məlumatına görə, mərasim Ağ Evdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tutub.

Razılaşmalara görə, İsrail Fələstin-İsrail münaqişəsinin həllinə dair planında nəzərdə tutulan İordan çayının qərb sahilindəki Yəhudi məskənlərinə öz suverenliyinin aid olunmasını dayandıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti