...

Ermənistanın sabiq baş qərargah rəisi barəsində Aprel döyüşləri ilə bağlı cinayət işi açıla bilər

Dünya xəbərləri Materials 16 Sentyabr 2020 11:33 (UTC +04:00)
Ermənistanın sabiq baş qərargah rəisi barəsində Aprel döyüşləri ilə bağlı cinayət işi açıla bilər

Trend-i buradan izləyin

Bakı. Trend:

Ermənistanda silahlı qüvvələrin sabiq baş qərargah rəisi Yuri Xaçaturova qarşı 2016-cı il Aprel döyüşləri ilə əlaqədar cinayət işi açıla bilər.

Trend-in məlumatına görə, bu barədə “Qraparak” qəzeti yazıb.

Qeyd olunur ki, parlamentdə yaradılmış Aprel döyüşlərinin araşdırılması üzrə komissiya yaxın zamanlarda araşdırmanın yekunları üzrə rəyini açıqlayacaq.

Xatırladaq ki, 2018-ci ildə Y.Xaçaturov 2008-ci il prezident seçkilərinin saxtalaşdırılmasına etirazlar zamanı baş verrmiş iğtişaşlarda ittiham olunaraq saxlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti