...

"Zoom"un işində qüsurlar yaranıb

Dünya xəbərləri Materials 23 Sentyabr 2020 01:11 (UTC +04:00)
"Zoom"un işində qüsurlar yaranıb

Bakı. Trend:

"Zoom" videokonfranslar xidmətinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Zoom"un işində texniki qüsurlar əsasən ABŞ-da, Böyük Britaniyada və Norveçdə qeydə alınıb.

İstifadəçilərin təxminən 51 faizi serverə qoşulmaqda, 33 faizi videokonfransa qoşulmaqda, 15 faizi isə hesaba daxil olarkən problemlərlə üzləşiblər.

Xəbər lenti

Xəbər lenti