...

Rusiyada daha 149 nəfər koronavirusun qurbanı olub

Dünya xəbərləri Materials 24 Sentyabr 2020 11:54 (UTC +04:00)
Rusiyada daha 149 nəfər koronavirusun qurbanı olub

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,12 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 595 nəfər virusa yoluxub, 149 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 128 836 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 19 948 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 929 829 nəfər virusdan sağalıb, 179 059 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti