...

Qırğızıstan prezidenti istefa verdi

Dünya xəbərləri Materials 15 Oktyabr 2020 12:21 (UTC +04:00)
Qırğızıstan prezidenti istefa verdi

Bakı. Trend:

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov istefa verib.

Trend-in məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti bildirib.

O, ölkədə davam edən etiraz aksiyalarının dayanması üçün istefa verdiyini bildirib.

S.Jeenbekov yeni baş nazir Sadır Japarov və digər siyasətçilərə müraciət edərək öz tərəfdarlarını meydanlardan çəkməyə çağırıb.

Qeyd edək ki, Qırğızıstanda oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra etiraz aksiyaları başlayıb. Paytaxt Bişkekdə fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib.

Ötən gün Sadır Japarovun başçılığı yeni hökumət formalaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti