Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 78 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 177 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 2 322 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 373 154 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 703 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 322 465 nəfər təşkil edir.