...

ÜST sutkada koronavirusa yoluxma sayında rekord artım olduğunu bildirib

Dünya xəbərləri Materials 7 Noyabr 2020 02:17 (UTC +04:00)
ÜST sutkada koronavirusa yoluxma sayında rekord artım olduğunu bildirib

Bakı. Trend:

Dünyada yeni koronavirusa yoluxma hallarının sayı 24 saat ərzində 581 mindən çox artaraq 48,53 milyonu keçdi. Bu da pandemiya başlayadan etibarən sutkada xəstəliyin yeni maksimum artımı sayılır.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Məlumata əsasən, ölüm hallarının sayı 1,23 milyonu keçərək 8 mindən çox artdı.

Bildirilib ki, 48 534 508 nəfər koronavirusa yoluxub və 1 231 017 ölüb. Sutkada virusa yoluxanların sayı 581 679 nəfər, ölənlərin isə 8 899 nəfər artıb.

Sutka ərzində yoluxanların yarısından çoxu (308 876) Avropa bölgəsinin payına düşür. İkinci yerdə Şimali və Cənubi Amerika (167 031 hal), üçüncü yerdə Cənub-Şərqi Asiya (61 831).

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti