Bakı. Trned:
Türkiyədə yeni növ koronavirusa (COVİD-19) qarşı mübarizə çərçivəsində həftə sonu komendant saatı tətbiq edilir.
Trned-in məlumatına görə, bunu Ankarada Nazirlər Kabinetinin iclasının yekunları üzrə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
T.Ərdoğan bildirib: "Biz yeni addımlar atmağa qərar verdik, həftə sonları saat 10:00-dan 20:00-dək istisna olmaqla komendant saatı tətbiq ediləcək".
Bundan əlavə, Türkiyədə ilin sonunadək kinoteatrlar bağlanır, məktəblər məsafədən təhsilə keçir.