...

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 900-ə çatdı

Dünya xəbərləri Materials 20 Noyabr 2020 11:12 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 123 646 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 667 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 30 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 900 nəfər koronavirusdan ölüb, 30 504 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti