...

Gürcüstanda koronavirusdan daha 33 nəfər ölüb

Dünya xəbərləri Materials 21 Noyabr 2020 20:37 (UTC +04:00)
Gürcüstanda koronavirusdan daha 33 nəfər ölüb

Bakı. Trend:

Gürcüstanda ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 33 nəfər vəfat edib.

Trend-in "News Georgia"ya istinadən verdiyi məlumata görə, yeni ölüm hallarının 17-si Tbilisidə, 5-i Acariyada, 8-i İmeretidə, 1-i Kvemo-Kartlidə, 1-i Sameqreloda və Zemo-Svanetidə, 1-i isə Mtsxeta-Mtianetidə qeydə alınıb.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 967 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusdan ilk ölüm halı aprelin 4-ü qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti