...

Qazaxıstanda koronavirusa yoluxanların sayı 130 minə çatır

Dünya xəbərləri Materials 27 Noyabr 2020 09:18 (UTC +04:00)
Qazaxıstanda koronavirusa yoluxanların sayı 130 minə çatır

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 813 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 129 213 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 115 384 nəfəri sağalıb, 1 990 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti