...

ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı

Dünya xəbərləri Materials 4 Dekabr 2020 17:58 (UTC +04:00)
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-da koronavirusa yoluxma sayında növbəti rekord qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərzində ABŞ-da 217 664 nəfər virusa yoluxub.

Bu günədək ölkədə ən yüksək göstərici noyabrın 28-də qeydə alınmış, 205 mindən çox şəxs koronavirusa yoluxmuşdu.

Ötən gün həmçinin 2 879 nəfər vəfat edib.

Bu günədək ABŞ-da koronavirusa yoluxanların sayı 14,5 milyon nəfəri keçib, 282 mindən çox şəxs vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti