...

Kabilin bir neçə bölgəsi raket atəşinə tutulub

Dünya xəbərləri Materials 12 Dekabr 2020 08:16 (UTC +04:00)
Kabilin bir neçə bölgəsi raket atəşinə tutulub

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabil şəhərinin bir neçə bölgəsində ən az dörd raket düşdü, bir nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə TOLOnews telekanalı bildirib.

Məlumata əsasən, iki raket beynəlxalq hava limanı yaxınlığında partlayıb, qalan raketlər paytaxtın digər bir bölgəsinə düşdü. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, atəş nəticəsində bir mülki şəxs ölüb, digəri yaralanıb.

Hazırda heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Xəbər lenti

Xəbər lenti