...

Ankara fikir ayrılıqlarını aradan qaldırmaq üçün Aİ ilə dialoqa hazırdır - Ərdoğan

Dünya xəbərləri Materials 13 Dekabr 2020 14:36 (UTC +04:00)
Ankara fikir ayrılıqlarını aradan qaldırmaq üçün Aİ ilə dialoqa hazırdır - Ərdoğan

Bakı. Trend:

Türkiyənin Avropa İttifaqı (Aİ) ilə gələcəyini bir neçə dövlətin ambisiyaları ilə sıx əlaqələndirmək səhv yanaşmadır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa-Akhisar dairəvi yolunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, Ankara həmişə konstruktivliyi və Aİ ilə fikir ayrılıqlarını danışıqlar masasında aradan qaldırmaq istəyini nümayiş etdirib:

"Türkiyəni uzaqlaşdırmaq, təcrid etmək və cəzalandırmaq cəhdləri heç nəyə səbəb olmayacaq. Ankara ədalətli fəaliyyəti və milli maraqlarını müdafiə edir. Aİ-nin mövqeyindən asılı olmayaraq, Türkiyə bölgədəki sülh və sabitliyə töhfə verməyə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti