...

Fransa dekabr ayının sonunda vaksinasiyanın ilk mərhələsinə başlayacaq

Dünya xəbərləri Materials 16 Dekabr 2020 21:38 (UTC +04:00)
Fransa dekabr ayının sonunda vaksinasiyanın ilk mərhələsinə başlayacaq

Bakı. Trend:

Fransa hakimiyyəti vaksinasiya proqramının ilk mərhələsinə dekabr ayının son həftəsində başlamaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Fransa Baş naziri Jan Kasteks ölkənin Milli Assambleyasında Fransa əhalisinin vasksinasiyası problemlərinə dair dinləmədə çıxış edərkən bildirib.

Baş nazir qeyd edib ki, dekabrın 21-i Avropa Dərman Agentliyi (EMA) peyvənd istifadəsinə dair qərar verməlidir:

"Bunun üçün lazımi şərtlər yaransa, dekabrın son həftəsində Fransada vaksinasiyanın birinci mərhələsinə başlaya biləcəyimizə ümid edirik".

J.Kasteks əlavə edib ki, ilk mərhələdə COVID-19-a yoluxma riski ən çox olan 1 milyona yaxın insana peyvənd vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti