...

Rusiyada terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 25 Dekabr 2020 11:11 (UTC +04:00)
Rusiyada terror aktının qarşısı alınıb

Bakı. Orxan Nəbiyev - Trend

Rusiyanın Tambov şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində terror aktının qarşısı alınıb.

Trend-in məlumatına görə, əməliyyat zamanı 17 yaşlı gənc saxlanılıb.

Qeyd olunur ki, onun evindən partlayıcı maddə və bombanın hazırlanması üçün komponentlər aşkar edilib.

Hazırda onun əlaqə qurduğu və partlayışın törədilməsi ilə bağlı məsləhətlər aldığı şəxslərin axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti