...

ABŞ-da daha bir vaksin sınaqların son mərhələsinə başlayıb

Dünya xəbərləri Materials 29 Dekabr 2020 01:17 (UTC +04:00)
ABŞ-da daha bir vaksin sınaqların son mərhələsinə başlayıb

Bakı. Trend:

"Novavax" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin sınaqlarının son mərhələsi başlayıb.

Trend-in "Financial Times" qəzetinə istinadən verdiyi məlumata görə, bunu şirkətin icraçı direktoru Stenli Erik deyib.

S.Erik bildirib: "Dünyada pandemiyanın olduğu zamanda, bu sınaq dünya əhalisini qorumaq üçün qlobal təhlükəsiz və effektiv vaksinlər portfelinin yaradılması yolunda kritik bir addımdır".

Qeyd edək ki, "Novavax" şirkətinin vaksini soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bildiyinə görə, bu onu ABŞ-da istehsal edilən digər vaksinlərdən üstün edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti