...

İranda sutka ərzində 110 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 4 Yanvar 2021 14:34 (UTC +04:00)
İranda sutka ərzində 110 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 110 nəfər koronavirusdan (COVID 19) ölüb.

Trend xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55 650 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 6 073 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 249 507 nəfərə çatıb. Virus daşıyıcılarından 4 901 nəfərin vəziyyəti ağırdır. Ölkədə indiyədək 1 020 737 nəfər koronavirusdan sağalıb. 7,83 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 4 rayon qırmızı zona, 63 rayon narıncı zona və 381 rayon sarı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti