...

İranda koronavirusun Britaniya ştammı aşkarlanıb

Dünya xəbərləri Materials 5 Yanvar 2021 15:34 (UTC +04:00)
İranda koronavirusun Britaniya ştammı aşkarlanıb

Bakı. Elnur Bağışov – Trend:

İranda koronavirusun Britaniya ştammı aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib.

S.Nəməkinin sözlərinə görə, virusa yoluxan şəxs özünü izolyasiya edib və yaxınlarında onun simptomları aşkarlanmayıb.

Nəməki əlavə edib ki, ilk testdə həmin şəxsdə koronavirus aşkarlanmayıb, lakin növbəti testlərdə bu şəxsdə koronavirusun yeni ştammının olduğu müəyyənləşib:

“Koronavirusun Britaniya ştammına yoluxan şəxs və ailə üzvləri nəzarətə götürülüb. Yeni ştammın aşkarlandığını nəzərə alaraq ölkədə səhiyyə protokollarının artırılması zəruridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti