...

Londonda fövqəladə vəziyyət elan edildi

Dünya xəbərləri Materials 8 Yanvar 2021 18:02 (UTC +04:00)
Londonda fövqəladə vəziyyət elan edildi

Bakı. Orxan Nəbiyev - Trend:

Böyük Britaniyanın paytaxtı Londonun meri Sadiq Xan koronavirus pandemiyası ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu qərar paytaxt xəstəxanalarında yer çatışmazlığı təhlükəsi ilə əlaqədar verilib.

S.Xan bildirib ki, hazırda Londonda vəziyyət kritik həddə çatıb və virusun yayılma sürəti nəzarətdən çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti