...

Yaponiyanın cənubunda yük gəmisi batıb

Dünya xəbərləri Materials 13 Yanvar 2021 08:19 (UTC +04:00)
Yaponiyanın cənubunda yük gəmisi batıb

Bakı. Trned:

Yaponiyanın cənubunda Panama bayrağı altında üzən yük gəmisi batıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident Naxa şəhərindən (Okinava prefekturası) təxminən 870 kilometr cənubda baş verib.

Məlumata əsasən, hadisə yerinə Yaponiyanın xilasetmə qüvvələri göndərilib. Qeyd edilir ki, gəminin 22 nəfərdən ibarət heyəti xilasedicilərin gəlməsini gözləyir.

Gəminin batmasının səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti