...

Hindistanda dünyanın ən kütləvi peyvəndləməsi başlayıb

Dünya xəbərləri Materials 16 Yanvar 2021 11:49 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanda koronavirusa qarşı peyvəndləmənin ilk günündə 300 mindən çox şəxs peyvənd olunacaq.

Trend-in məlumatına görə, hökumət bu prosesi dünyanın ən kütləvi peyvəndləməsi adlandırıb.

Qeyd olunur ki, Hindistanın 28 ştatında 3 min peyvəndləmə məntəqəsi təşkil olunub. Bunların hər birində gündə 100 nəfər peyvənd olunacaq.

İlkin mərhələdə 30 milyon nəfərin peyvəndlənməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti