Bakı. Orxan Nəbiyev - Trend:
İraqın paytaxtı Bağdadda partlayış nəticəsində ölənlərin sayı artıb.
Trend-in məlumatına görə, hadisə zamanı 28 nəfər həlak olub, 70-dən çox şəxs yaralanıb.
Partlayışın 2 terrorçu tərəfindən törədildiyi bildirilir. Axırıncı dəfə Bağdadda terror aktı 2018-ci il ilin yanvarında elə həmin ərazidə olub.
XXX
13:07
İraqın paytaxtı Bağdadda partlayış törədilib.
Trend-in məlumatına görə, şəhərin mərkəzi hissəsində baş vermiş hadisə nəticəsində azı 12 nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb.
İlkin məlumatlara əsasən, partlayış intiharçı terrorçu tərəfindən törədilib.
Hələlik hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.