...

Dünyada koronavirusa yoluxanların sayı 100 milyon nəfəri ötüb - ÜST

Dünya xəbərləri Materials 29 Yanvar 2021 02:15 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 100 milyon nəfəri ötüb - ÜST

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 562 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 562 001 nəfər yeni koronavirusa yoluxub, 16 061 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 100 455 529, ölənlərin isə 2 166 440 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti