...

ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri video formatda danışıqlar aparacaq

Dünya xəbərləri Materials 10 Mart 2021 05:16 (UTC +04:00)

Bakı. Trend:

ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri martına 12-də video bağlantı vasitəsi ilə danışıqlar aparacaqlar.

Trend-in məlumatına görə, bu barədə brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

C.Psaki qeyd edib: "Cümə günü səhər [ABŞ Prezidenti Co] Bayden "dördlük" üzrə həmkarları - Yaponiyanın Baş naziri [Yoşihide] Suqa, Hindistanın Baş Naziri [Narendra] Modi və Avstraliyanın Baş Naziri [Skott] Morrison ilə virtual görüş keçirəcəkdir".

Onun sözlərinə görə, danışıqlarda iştirak edənlərin pandemiya, iqtisadi əməkdaşlıq və iqlim dəyişikliyinə qarşı mübarizə daxil olmaqla "geniş spektrli məsələlər" müzakirə edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti