...

Almaniyada karantin aprelin sonunadək uzadıla bilər

Dünya xəbərləri Materials 17 Mart 2021 15:45 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniya hökuməti koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin müddətini aprel ayının sonunadək uzada bilər.

Trend-in məlumatına görə, martın 22-də kansler Angela Merkel bu məsələ ilə bağlı Almaniya federal torpaqlarının baş nazirləri ilə görüşəcək.

Həmin görüş zamanı karantin tədbirlərinin uzadılması istisna olunmur.

Qeyd edək ki, hazırda Almaniyadakı mövcud məhdudiyyətlər martın 28-dək qüvvədədir.

Bu günədək Almaniyada 2,6 milyona yaxın şəxs koronavirusa yoluxub, 74 minə yaxın xəstə həyatını itirib.

Xəbər lenti

Xəbər lenti