...

İordaniyada komendant saatı mayın 15-dək uzadılıb

Dünya xəbərləri Materials 29 Mart 2021 05:15 (UTC +04:00)
İordaniyada komendant saatı mayın 15-dək uzadılıb

Bakı. Trend:

İordaniya hökuməti koronavirusa yoluxma hallarının artması ilə əlaqədar karantin məhdudiyyətlərinin müddətini mayın 15-dək uzadıb.

Trend-in məlumatına görə, bunu paytaxt Amman şəhərində keçirilən mətbuat konfransı zamanı KİV-lərlə iş üzrə dövlət naziri Saher Dudin deyib.

Onun sözlərinə görə, fevralın 25-i tətbiq edilən komendant saatı dəyişiklik olmadan qüvvədə qalacaq: saat 18:00-dan 06:00-dək müəssisələr və təşkilatlar üçün, saat 19:00-dan 06:00-dək əhali üçün.

Nazir bildirib ki, istirahət günləri (cümə günü) ümumi lokdaun da qüvvədə qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti