...

Türkiyədə İncirlik hərbi bazası bağlana bilər

Dünya xəbərləri Materials 26 Aprel 2021 11:22 (UTC +04:00)
Türkiyədə İncirlik hərbi bazası bağlana bilər

Bakı. Trend:

Türkiyədə ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi İncirlik hərbi bazasının bağlanması istisna olunmur.

Trend-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.

Qeyd olunur ki, bu, ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına cavab addımı ola bilər.

Bazanın bağlanması məsələsi yaxın günlərdə Türkiyə parlamentində müzakirə oluna bilər. Bununla belə, Türkiyənin rəsmi qurumları bu məlumatı nə təsdiq, nə də təkzib etməyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti