...

Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünya xəbərləri Materials 11 May 2021 21:09 (UTC +04:00)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 643 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 643 735 nəfər yeni koronavirusa yoluxub, 10 912 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 158 651 638, ölənlərin isə 3 299 764 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti