...

Kuala-Lumpur metrosunda qatarların toqquşması nəticəsində 166 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 24 May 2021 23:58 (UTC +04:00)
Kuala-Lumpur metrosunda qatarların toqquşması nəticəsində 166 nəfər xəsarət alıb

Bakı.Trend:

Malayziyanın Kuala Lumpur şəhərindəki KLCC stansiyası yaxınlığında metro xətti hissəsində iki qatarın toqquşması nəticəsində ən azı 166 nəfər xəsarət alıb, onlardan 47-nin vəziyyəti ağırdır.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə , bu barədə Malay Mail qəzeti nəqliyyat naziri Vi Ka Siona istinadən xəbər verib.

Onun sözlərinə görə,hadisə yerli vaxtla 20:33-də baş verib.Qatarlardan biri sərnişinləri daşıyıb.İkinci isə test rejimində buraxılıb və boş olub.Ölkənin Nəqliyyat naziri toqquşmada birinci qatarda 232 nəfər olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti