...

ÜST Çini malyariyadan azad ölkə elan etdi

Dünya xəbərləri Materials 30 İyun 2021 06:54 (UTC +04:00)
ÜST Çini malyariyadan azad ölkə elan etdi

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çini malyariyadan malyariyadan azad ölkə kimi tanıyıb.

Trend-in məlumatına görə, bunu Cenevrədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: "Bu gün Çin xalqını ölkələrinin malyariyadan qurtulması münasibətilə təbrik edirik. Bu müvəffəqiyyət çox zəhmət bahasına və on illərlə məqsədyönlü və ardıcıl fəaliyyətdən sonra əldə edilib".

Qebreyesus vurğulayıb ki, bundan sonra Çin "dünyaya malyariyadan azad gələcəyin real məqsəd olduğunu nümayiş etdirən ölkələr sırasına qoşulur."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti