...

Dağıstanda məcburi vaksinasiyaya başlanılır

Dünya xəbərləri Materials 21 İyul 2021 15:41 (UTC +04:00)
Dağıstanda məcburi vaksinasiyaya başlanılır

Bakı. Çingiz Səfərli - Trend:

Dağıstanda ticarət və nəqliyyat sektorunda, həmçinin bir sıra digər sahələrdə çalışanların koronavirusa qarşı məcburi vaksinasiyasına başlanılıb.

Trend xəbər verir ki, bu barədə Federal Səhiyyə Xidmətinin regional şöbəsinin müdiri Nikolay Pavlov qərar qəbul edib. Qərara əsasən, səhiyyə, təhsil, ticarət, iaşə, gözəllik salonları, ictimai nəqliyyat sahəsində fəaliyyət göstərən şəxslərə məcburi peyvənd vurulacaq.

Qeyd edək ki, bir müddət əvvəl də Özbəkistanda təhsil və xidmət sahələrində çalışanların məcburi vaksinasiyaya cəlb olunması barədə qərar qəbul olunmuşdu. Qərar əsasən, ölkədə istifadə olunan peyvəndin birinci dozası 1 sentyabra, ikinci dozası 1 oktyabra, üçüncü dozası isə 1 noyabra qədər vurulmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti