...

Rusiyada sarı hörümçək 15 nəfərə xəsarət yetirib, 1 nəfər xəstəxanalıq olub

Dünya xəbərləri Materials 23 İyul 2021 14:05 (UTC +04:00)
Rusiyada sarı hörümçək 15 nəfərə xəsarət yetirib, 1 nəfər xəstəxanalıq olub

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Volqoqrad vilayətində "sarı hörümçək" kimi tanınan zəhərli hörümçək sancması nəticəsində 15 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə vilayətin səhiyyə komitəsi bildirib.

Xəsarət alanlardan bir nəfəri xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, bu hörümçək növünün sancması insanlar üçün ölümcül olmasa da, ciddi allergik reaksiya və neyrotoksikasiyaya səbəb ola bilər.

Sarı hörümçəklərin akitvləşməsi adətən iyul-avqust aylarına təsadüf edir. Ötən il regionda hörümçək sancması nəticəsində 8 nəfər xəsarət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti