...

Nigeriyada kəndlərə hücum olub, 70-ə yaxın sakin qətlə yetirilib

Dünya xəbərləri Materials 4 Avqust 2021 17:01 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Nigeriyanın Kaduna ştatında silahlı şəxslər bir gecə ərzində dörd kəndə hücum edərək 68 nəfəri qətlə yetirib.

Trend-in məlumatına görə, hücum nəticəsində 63 yaşayış evi yandırılıb.

Bundan başqa, 70-ə yaxın kənd təsərrüfatı sahəsi məhv edilib.

Hücumun kimlər tərəfindən törədildiyi məlum deyil. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti