...

ABŞ Livana 100 milyon dollara yaxın humanitar yardım ayıracaq

Dünya xəbərləri Materials 5 Avqust 2021 01:29 (UTC +04:00)
ABŞ Livana 100 milyon dollara yaxın humanitar yardım ayıracaq

Bakı. Trend:

ABŞ Livana 100 milyon dollara yaxın humanitar yardım ayıracaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Livan xalqına dəstək üzrə üçüncü beynəlxalq sponsorluq konfransında çıxışı zamanı ABŞ prezidenti Cozef Bayden deyib.

C.Bayden bildirib: "Bu gün 100 milyon dollara yaxın yeni humanitar yardım edəcəyimizi elan edirəm. Son iki ildə ABŞ Livana 560 milyon dollarlıq humanitar yardımı ayırıb. (Başqa ölkələrdən olan - red.) həmkarlarımı <...> Livan xalqına dəstəyini artırmağa çağırıram".

C.Bayden həmçinin Beyrutun dəniz limanında baş verən partlayışın ildönümü ilə əlaqədar olaraq bu faciə nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti