...

Fransada silahlı şəxs polislərə atış açıb

Dünya xəbərləri Materials 8 Avqust 2021 01:07 (UTC +04:00)
Fransada silahlı şəxs polislərə atış açıb

Bakı. Trend:

Fransanın Sent-Etyen şəhərində silahlı şəxs polislərə atəş açıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları Violet meydanında iki nəfərin ağır cinayət törətmək niyyətində olduğu barədə məlumat alıblar və hadisə yerinə gəliblər.

Sözügedən şəxslərdən biri saxlanılıb, digəri isə qaçmağa cəhd göstərib və polis əməkdaşlarına atəş açıb.

Bildirilir ki, polis əmədakşları cinayətkarı cavab atəşi ilə yaralayıblar, o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti