...

Vaksinlərin 75 faizi 10 ölkəyə gedir, bu ədalətsizlik insanlıq üçün bir utancdır - ÜST

Dünya xəbərləri Materials 19 Avqust 2021 10:12 (UTC +04:00)
Vaksinlərin 75 faizi 10 ölkəyə gedir, bu ədalətsizlik insanlıq üçün bir utancdır - ÜST

Bakı. Çingiz Səfərli -Trend:

Vaksinlərin 75 faizi 10 ölkəyə gedir, bu ədalətsizlik insanlıq üçün bir utancdır.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə deyib. O, dünya ölkələrinə əlavə vəsaitə ehtiyac olduğu barədə də çağırış edib.

Bildirib ki, hazırda "Delta" ştammının yayılmasına qarşı mübarizədə Strateji Hazırlıq və Müdaxilə Planı həyata keçirilir, lakin plan üçün təcili olaraq 1 milyard dollar da vəsait xərclənməlidir:

"COVID-19-un "Delta" variantının yayılmasını azaltmaq üçün aparılan fəaliyyətlər nəticəsində vaksinasiyanın zəif aparıldığı və tibbi ləvazimatların məhdud sayda olduğu bölgələrdə ölüm sayının artmasının qarşısını ala bilmişik. Lakin zəngin ölkələr qüvvətləndirici doza planlarını müvəqqəti təxirə salmalıdırlar. Dünyada mövcud olan vaksinlərin 75 faizi 10 ölkəyə gedir və aşağı gəlirli ölkələrdə əhalinin sadəcə 2 faizi peyvənd oluna bilir. Peyvənd bölgüsündə ədalətsizlik insanlıq üçün bir utancdır".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti