...

Türkiyə İraqın şimalında antiterror əməliyyat keçirib - 30-a yaxın obyekt məhv edilib

Dünya xəbərləri Materials 24 Avqust 2021 12:02 (UTC +04:00)
Türkiyə İraqın şimalında antiterror əməliyyat keçirib - 30-a yaxın obyekt məhv edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə Silahlı Qüvvələri ölkənin Milli Kəşfiyyat Təşkilatı ilə birgə İraqın şimalında antiterror əməliyyatı keçirib.

Trend-in məlumatına görə, əməliyyatda 20-dən çox təyyarə iştirak edib.

Endirilən zərbələr nəticəsində terrorçulara məxsus 28 obyekt məhv edilib. Qeyd olunur ki, aviazərbələrin əsas hədəfi Türkiyə-İraq sərhədindən 200 kilometr cənubda, Asos bölgəsi olub.

Türkiyə Milli Müdafiə Nazirliyi antiterror əməliyyatlarının davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti